Beton istehsalında istifadə edilən qum, çınqıl, qırma daş və qırma qum – inert materiallar kimi tanınır. İnert materiallar beton qarışığının əsas tərkib hissəsidir. Betonun tərkibinin həcm baxımından 70% - ni təşkil edən inert materiallar əhəmiyyətli bir komponent hesab olunur.
Beton və sement istehsalı ilə bərabər inert materialların da istehsalı standartlara uyğun olmalıdır.
Akkord Beton istehsal etdiyi beton məhsulunun xammalını da sahib olduğu qum – çınqıl karxanasından – Quba karxanasından təmin edir. Karxananın yerləşmə coğrafiyası həm keyfiyyətli xammal mənbəyi olaraq, həm də daşınma baxımından çox əlverişlidir.
Karxanada istehsal prosesi ən son texnologiyalara cavab verən avadanlıqlarla aparılır və beton məhsulu üçün yüksək keyfiyyətə malik inert materiallar hazırlanır.