Möhkəmlik
- Su/sement nisbətindən asılıdır;
- M 100 ; M 150 ; M 200 ..M 550 və s. göstərilir
Axarlılıq
- Əsasən su miqdarından asılıdır
- Qatqının miqdarından asılıdır
- Doldurucunun irilik modulundan (İM) asılıdır.
- Siniflərə bölünür (S1; S2 ; S3; S4; S5)
- Siniflərin hər birinə aid müəyyən konus çökmələri vardır; (S4 = 16 – 21 )
Sukeçirməzlik
- W2 ; W4 ; W6 kimi göstərilir
Sulfatadavamlılıq
-
İki dərəcəsi vardır:
- orta sulfata davamlılıq;
- yüksək sulfata davamlılıq
- Sulfatadavamlılıq dərəcəsi qrunt suyunda və ya qruntun özündə (quru torpaqda) “sulfat ionlarına” görə müəyyən olunur.
- CaSO4 ,Na2 SO4 ; - SO4 – burada betonu dağıdan hissədir. (SO4)
Şaxtayadavamlılıq
- “ F” hərfi ilə işarə olunur
-
Şaxtayadavamlılığı artırmaq üçün:
- beton çox sıx olmalıdır
- özünə minimum su çəkməlidir
- sement miqdarı çox olmalıdır
- betonda qapalı mikro məsamələr olmalıdır ( xüsusi qatqılar vasitəsilə)