DİQQƏT!
İş təhlükəsizliyi və işçi sağlamlığı yalnız beton istehsalı müəssisələrində və beton istehsal prosesində deyil, betonun daşınması və tökülməsi əsnasında da diqqət edilməsi önəmli olan bir mövzudur. Tikinti sektorunda, xüsusilə da beton sektorunda baş verən iş qəzalarının əhəmiyyətli bir miqdarı beton tökümü əsnasında meydana gəlməkdədir. Bu səbəblə, transmikser və pompa operatorları beton tökümü zamanında ola biləcək qəza riskləri və bunlara qarşı görüləcək tədbirlər haqqında ciddi təlimatlandırılmalıdır.
Beton tökümündə iş təhlükəsizliyi dedikdə ilk olaraq aşağıda göstərilən məqamlara diqqət yetirilməlidir:
-
Betonun istifadə ediləcək əraziyə təhlükəsiz bir şəkildə daşınmasının bütün şərtləri təmin edilməli (yol, nəqliyyat vasitələrinin təhlükəsizliyi);
- Transmikser və pompa operatorları nəzarət və istifadə sistemləri haqqında kifayət qədər məlumat sahibi olmalı;
- Operatorlar beton tökümünə uyğun olmayan ərazilərdə qarşılaşa biləcəkləri risklər və təhlükələrlə bağlı məlumatlı olmalı;
- Betonun daşınması zamanı məruz qalınacaq ehtimal itkilərin nəticələri və onlara qarşı qabaqlayıcı tədbirlər haqqında məlumat verilməli;
- Transmikserlər, pompa və daşıyıcı nəqliyyat vasitələri uyğun şəkildə işıqlandırılmalı;
- Xüsusilə pompa operatorlarına tez – tez qarşılaşdıqları və pompa borusunun elektrik naqillərinə dəyməsilə meydana gələn elektrik qəzalarına qarşı təlimat verilməli;
- Yüksək gərginlikli elektrik xəttləri ətrafında və şəraitində görülən işlərdə uzaqdan idarəetmə cihazları mövcud olmalıdır.
Akkord Beton sadaladığımız bütün təhlükəsizlik tədbirlərinə qarşı məsuliyyətlə yanaşır və iş əsnasında ortaya çıxa biləcək təhlükəli vəziyyətlərlə bağlı əvvəlcədən öz işçi heyətini təlimatlandırır.