Vüqar Süleymanov
İdarə Heyətinin Sədri
1974-cü ildə Bakı şəhərində anadan olub.
1991-1996-cı illərdə Azərbaycan Bakı Dövlət Universitetinin Hüquq fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir.
2007-2008-ci illərdə Böyük Britaniyanın Nottingham Trent Universitetinin Korporativ Hüquq fakultəsini bitirib, magistr dərəcəsini almışdır.
2008-2010-cu illərdə Böyük Britaniyada Nottingham Trent Universitetini bitirərək, Korporativ Menecer ixtisasına yiyələnmişdir. Hazırda LSE-də (London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində) Executive MBA (Biznesin İdarəedilməsi) proqramı üzrə təhsilini davam etdirməkdədir.
2011-2015-ci illərdə Atəşgah Sığorta Şirkətində bir sıra rəhbər vəzifələrdə çalışmışdır.
2015-ci ildən “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-də rəhbər vəzifələrdə əmək fəaliyyətini davam etdirmişdir.
2016-cı ildən TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) layihəsidə SYA (Türkiyənin “Yüksel İnşaat A.Ş.”, Italiyanin “SICIM S.p.A” və “Akkord” Korporasiyası ) müştərək müəssisəsinin idarə heyətinin üzvüdür.
2018-ci ildən “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-də Müşahidə Şurası Sədr müavini və “Qazax Sement Zavodu” MMC-də İdarə Heyətinin sədridir.
Zülfüqar Qasımlı
Korporativ satış Direktoru
1979-cu ildə Bakıda anadan olub.
1995 - 1999-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə və Kredit ixtisası üzrə təhsil alıb.
Sement sənayesində işə başlamazdan əvvəl FMCG (Procter & Gamble) işində 4 il müddətində təcrübəçi olub.
2008-ci ildə İsveçrə Biznes Məktəbində (Zürix, İsveçrə) İdarəetmə Seminarına qoşulub.
2009-cu ildə İsveçrənin IMD biznes məktəbində liderlik seminarında;
2007 - 2017-ci illərdə Holcim Azərbaycanda Orta İdarəetmə vəzifələrində;
2018-ci ildə Holcim Azərbaycanda İxracatın rəhbəri;
2019-cu ildən isə Qazax Sement Zavodu MMC-də Korporativ Satış Direktoru vəzifəsində çalışır.
Cavad Talıbov
1977 ci ildə anadan olmuşdur.
1992 - 1996 ci illərdə Fizika Riyaziyyat və Informatika təmayülü liseyi bitirmişdir.
1997 - 2001 ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının Beynəlxalq əlaqələr və münasibətlər fakultəsində İnzibati idarəetmə ixtisasını bitirmişdir.
2002 - 2004 cü illərdə Dadaşov adına Elmi tədqiqat institutunda laborant işləmişdir.
2005-ci ildən Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyasında laborant vəzifəsində işə başlamışdır.
2007 - 2011 ci illərdə Beton zavodlar üzrə sahə rəisi vəzifəsində çalışmışdır.
2011- 2012 ci illərdə Akkord Beton MMC – nin direktoru vəzifəsində çalışmışdır.
2012 - 2016 ci illərdə beton istehsalı sahəsinin istehsal üzrə rəhbəri vəzifəsində çalışmışdır.
2016 -2018 ci illərdə Qazax Sement zavodu MMC nin Beton istehsalı üzrə koordinator vəzifəsində çalışmışdır.
2018-2020-ci illərdə Beton və Qum Çınqıl İstehsalat Departamentinin direktor müavini, 2020-ci ildən Beton və Qum Çınqıl İstehsalat Departamentinin istehsalat üzrə rəhbəridir.
Rövşən Qasımlı
23 Noyabr 1993-cü ildə Bakı şəhərində anadan olmuşdur.
2011- 2015 ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsində dünya iqtisadiyyatı ixtisası üzrə təhsil almışdır.
2015-2016 cı illərdə həqiqi hərbi xidmətdə olmuşdur.
2016- 2018 ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq maliyyə və valyuta kredit münasibətləri üzrə təhsil almış və magistr dərəcəsi almışdır.
2017-2018 ci illərdə "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-də təşkilat analitik departamentində mütəxəssis vəzifəsində çalışmışdır.
2018 - ci ildən "Qazax Sement Zavodu" MMC-də beton və qum-çınqıl istehsalı və biznesin idarə edilməsi üzrə alman mütəxəssis Dr. Bernhard Gaeblerin köməkçisi kimi işləməyə başlamışdır. Hal-hazırda "Qazax Sement Zavodu" MMC - nin beton və qum-çınqıl istehsalı departamentində administrativ işlər üzrə rəhbər vəzifəsində çalışır.