
Qazax Sement Zavodu – Azərbaycanın ən iri sement istehsalçılarından biri kimi ildə 1.5 milyon ton sement və sutkaya 3500 ton klinker istehsal edir və Azərbaycanın Qərb bölgəsində reallaşmış ən böyük investisiya layihəsidir.
05 İyul 2013 – cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Qazax Sement Zavodunun rəsmi açılışı olmuşdur və zavod sement və klinker istehsalına başlamışdır.
2015 – ci ildə Qazax Sement Zavodu Azərbaycanda ilk zavod olaraq Gürcüstan Respublikasına sement və klinkerin ixracını həyata keçirmişdir.
Qazax Sement Zavodu MMC Qazax rayonu, Daş Salahlı kəndi, Avey dağının ətəyində, əhəng daşı yataqlarının yaxınlığında yerləşir. Zavod Gürcüstan Respublikası sərhəddi ilə 30 km məsafədə yerləşir. Sement Zavodu və regionlarda fəaliyyət göstərən beton zavodları da nəzərə alınmaqla şirkətdə 700 – dən çox əməkdaş çalışır. Qalaq və kisə şəklində müxtəlif sement məhsulları istehsal etməklə yanaşı, zavodun Respublikanın regionlarında 7 beton zavodu və qum – çınqıl karxanası fəaliyyət göstərir. Beton zavodlar standartlara uyğun olaraq fəaliyyət göstərməkdədir.