Akkord Beton olaraq beton məhsulunun keyfiyyətli istehsalı üçün 2005 – ci ildən günümüzə qədər böyük bir fədakarlıqla işləməyə davam edirik. Məqsədimiz, düzgün, etibarlı və peşəkar iş prinsipindən heç vaxt yayınmayaraq, Azərbaycanın hər yerində keyfiyyətli beton istehsal etmək və coğrafi mövqe baxımından seysmik zonada yerləşən respublikamızda güvənli və etibarlı tikintilərin inşası üçün bütün standartlara uyğun, yüksək müqavimət siniflərində, keyfiyyətli beton istifadəsinin daha da artırılması və texniki şərtlərə uyğun keyfiyyətli beton istehsalına nail olmaqdır.
Beton istehsalında ən üst standartı hədəfləmişik və bu hədəfimizə nail olmaq üçün heyətin hər bir üzvi bütün səylərilə çalışır. Bunlarla yanaşı yüksək xidmət prinsipi ilə sağlam və etibarlı binaların təməlini qoymuşuq.